RU

Zelenski: Əsas vəzifə Ukraynanın tam məhvinin qarşısını almaqdır 

Putinlə danışıqların yeganə variantı vasitəçilərdən istifadədir, çünki bu, Qara dəniz taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı edilib.

Ölkə.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Philadelphia Inquirer"ə müsahibəsində deyib. 

“Bu model ilk dəfə taxıl dəhlizi timsalında, Ukraynanın Rusiya ilə deyil, BMT və Türkiyə ilə danışıqlar apardığı zaman istifadə edilib. Onlar da öz növbəsində bizimlə danışıqlar aparmağı, sonra isə Rusiya ilə müvafiq müqavilə imzalamağı öz üzərlərinə götürdülər. BMT və Türkiyə arasında iki güzgü razılaşması oldu”, - Zelenski bildirib.

Zelenski əlavə edib ki, hazırda əsas vəzifə Ukraynanın hər şeyin tamamilə məhv edilməsinin qarşısını almaq və ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.

Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik ölkənin Avropa İttifaqına üzv olmasıdır. Bundan əlavə, o əmindir ki, Ukrayna NATO-da olmalıdır, çünki bunsuz onun ölkəsi üçün böyük risklər var.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
olke.az

1Источники