RU

CBC telekanalı Ermənistanın ikili standartlı siyasəti haqqında film çəkib - VİDEO

CBC telekanalı Ermənistanın beynəlxalq arenada rolunu yenidən dəyərləndirməyə çağıran sensasiyalı araşdırma apardı.

Ednews xəbər verir ki, film erməni siyasətinin gizli mexanizmlərini və müttəfiqlərlə münasibətlərdəki ikili standartları nümayiş etdirir.

“Bizim məqsədimiz uzun müddətdir gizlədilən həqiqəti üzə çıxarmaqdır. Biz göstəririk ki, Ermənistan öz müttəfiqlərinin etibarını necə istifadə edir və bunun regional sabitlik və beynəlxalq diplomatiya üçün nə demək olduğunu,” – deyə CBC-nin baş direktoru Vüqar Xəlilov bəyan edib.

Film Ermənistanın Qərblə Rusiya arasındakı ziddiyyətlərdən istifadə edərək tərəfdaşlarını necə manipulyasiya etdiyini göstərir. O, Ermənistannın Rusiyaya qarşı sanksiyaları pozaraq ölkəni zənginləşdirmək üçün arxa plandakı sxemlərini və 2022-ci ildən başlayaraq ölkənin qəfil iqtisadi yüksəlişini ətraflı şəkildə araşdırır.

Filmi təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
ednews.net

1Источники