RU

“İngilis ordusu döyüşlərdə qalib gəlməyə qadir deyil“ -Conson

Britaniya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Rob Conson diqqət çəkən açıqlamalar verib.

News365.az xəbər verir ki, o, Böyük Britaniyanın hərbi qüvvələrini döyüş meydanında istənilən toqquşmada qələbə qazanmaq potensialının xeyli zəif olduğunu iddia edib. 

“İstənilən genişmiqyaslı əməliyyatda bizim sursatımız tez bir zamanda tükənəcək... Müdafiə imkanlarımız çox zəifdir və biz istənilən miqyaslı silahlı münaqişədə vuruşmağa, qalib gəlməyə hazır deyilik”, - Rusiya mediası onun sözlərindən sitat gətirib.

Conson onu da əlavə edib ki, hazırkı formalaşmış qoşunlar mümkün düşmənlə effektiv mübarizə aparmaq iqtidarında deyil. Onun sözlərinə görə, qoşun növləri yalnız sülhməramlı və humanitar əməliyyatların aparılması, eləcə də mülki əhalinin döyüş bölgələrindən təxliyəsi və bəzi təxribat əleyhinə tədbirlərin həyata keçirilməsi işlərinə yarayır.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
news365.az

1Источники