RU

“Neftçi” yeni transferini bu qədər məbləğə RAZI SALIB

“Neftçi” bugünlərdə daha bir transferini rəsmiləşdirib.

Millimizin yarımmüdafiəçisi Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı gənc 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

O, əsas yığmanın heyətində 4 oyunda meydana çıxıb.

Əyalət klubu Səfərovun satışından 350 min manat təzminat alıb. Səbəbkarın özü paytaxt təmsilçisində nə qədər maaş alacaq?

Bununla bağlı mediada müxtəlif rəqəmlərə rast gəlməkdəyik. Belə iddialar var ki, “ağ-qaralar“ millinin üzvünə hər ay 20-25 min manat əməkhaqqı ödəyəcək.

Gerçəyi bilmək isətəyirsizsə, maaşın məbləğiylə bağlı xəbərlər həqiqətdən bir qədər uzaqdır. Emilin “Neftçi“dəki məvacibi 15 min manatdan aşağıdır.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
sportinfo.az

1Источники