RU

Marek Hamşik: “Adamlar bəzən məni irokezsiz tanımırlar”

Slovakiya yığmasının sabiq yarımmüdafiəçisi Marek Hamşik futbolçu karyerasının böyük hissəsində başında olan irokezdən danışıb.

Arena.az xəbər verir ki, Hamşik futbolsevərlərin bəzən, irokezsiz onu tanımadığını söyləyib:

Hamşikin bu barədə xatirəsini təqdim edirik: “Bəzən insanlar məni irokez olmadan tanımırlar. Bir dəfə bir dəstə makedon tərəfdar şəkil çəkdirmək istədi, amma onlar sadəcə onların şəklini çəkməyimi istədilər. Mən şəkillərini çəkdim və dedim ki, Qoran Pandevi tanıyıram, amma inanmadılar. Onlar “Google”da aradılar, məni tanıdılar, sonra biz şəkil çəkdirdik”, deyə Hamşik gülərək xatırlayıb.

Xatırladaq ki, son olaraq Türkiyənin “Trabzonspor” (65 oyun, 6 qol, 6 assist) klubunda çıxış edən Marek Hamşik ötən ilin yayında futbolçu karyerasını bitirib. 37 yaşlı keçmiş futbolçu peşəkar karyerası ərzində “Breşiya” (74 oyun, 12 qol), “Dalyan” (45 oyun, 5 qol, 4 assist), “Göteborq”da (6 oyun, 1 qol) da çıxış edib. O, karyerasının ən parlaq dönəmini isə 2007-2019-cu illər aralığında İtaliyanın “Napoli” klubunda keçirib. Hamşik bu 12 il ərzində Neapol təmsilçisində 520 oyun keçirib, 121 qol və 103 məhsuldar ötürmə müəllifi olub.

Hamşik 2007-2022-ci illər aralığında Slovakiya millisində də oynayıb. O, yığmada 136 oyuna çıxıb, 26 qola imza atıb.

Marek Hamşik 8 dəfə ölkəsində ilin ən yaxşı futbolçusu seçilib. Bu, 2009, 2010, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərə təsadüf edib.

Hamşik “Trabzonspor”la Türkiyə çempionu (2021/2022), Türkiyə Super Kubokunun (2022/2023) qalibi olub. O, “Napoli” ilə də İtaliya Kubokunun (2011/2012 və 2013/2014) və İtaliya Super Kubokunun (2014/2015) qalibi adını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
arena.az

1Источники