RU

Hava limanı əməkdaşları narkotik kartellərinə işləməkdə günahlandırılıb

Avstraliyanın Melburn hava limanının əməkdaşları Avstraliyaya narkotik keçirməyə çalışan narkotik kartellərinə işləməkdə günahlandırılıblar.

Herbiand.az bildirir ki, bu barədə Britaniyanın Guardian qəzeti sərhəd xidmətinin araşdırmasına istinadən xəbər verib.

“İstintaq müəyyən edib ki, Melburn hava limanının 70 əməkdaşı son 12 ay ərzində təhlükəsizlik yoxlamalarını pozub. Bəziləri mütəşəkkil cinayətkarlarla işləməkdə şübhəli bilinirlər”, - sərhəd xidmətindən bildirilib.

Qəzetin yazdığına görə, beynəlxalq aviaşirkətin ekipaj üzvləri çamadanlarda qanunsuz siqaret və tütün məmulatları gizlədib. Bu, guya külli miqdarda gömrük vergisi ödəməkdən yayınmaq üçün edilib.

“İki beynəlxalq ekipaj üzvünün vəzifə yerinə yetirərkən qeyri-qanuni maddələrin təsiri altında olduğu aşkarlanıb. Bu isə bir Avstraliya vizasının ləğvi ilə nəticələnib”, - nəşr qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
92
herbiand.az

1Источники