RU

Klub patronundan ŞOK SÖZLƏR: “Mənim çoxlu pula ehtiyacım var” - FOTO

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minib.

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Tarif Şurasının qərarlarına reaksiyalar müxtılifdir. “Turan Tovuz”un təmsilçilərindən Nəsimi Paşayev bununla bağlı sosial şəbəkədə status paylaşıb:

“Mənə bir şey maraqlıdır: Niyə müdirin sürdüyü maşının benzininin qiyməti azalır, amma mənimki artır? İndi onun maaşından kəsib, bizə verəcəklər?”.

O, bu paylaşımına “Hünər Qrup”un sahibi və “Turan”ın İdarə Heyətinin sədri Ehtiram Quliyevi “tağ” edib və aydın olub ki, sözü əslində kimə ünvanlayıb.

N.Paşayevin paylaşımına xeyli rəy gəlib. Elə E.Quliyevin özü də buna biganə qalmayıb.

Tanınmış iş adamı işçisinə “ağlın özünə getməsin, mənim çoxlu pula ehtiyacım var” yazıb.

Birinci da öz növbəsində “istəməyənin gözü part eləyib çıxsın yerindən” cavabı verib və gülüş işarəsi qoyub.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
sportinfo.az

1Источники