RU

Rusiya Ukraynanın iki ən böyük şəhəri Kiyev və Xarkova hücum edib

Reuters:  Bazar günü Rusiya qoşunları Ukraynanın iki ən böyük şəhərinə hücum edib, raket parçaları Kiyevətrafı qəsəbələrdən birində yaşayış binasına düşüb, Xarkovda isə idarə olunan bombanın partlaması nəticəsində bir nəfər ölüb.

Rusiyanın Ukraynaya təcavüzündən 28 aydan sonra Rusiya qoşunları müntəzəm olaraq Ukrayna şəhərlərinə, eləcə də enerji infrastrukturuna hücumlarını davam etdirir.

Mart ayında paytaxt bir sıra hücumlara məruz qalsa da, Kiyevə hücumlar digər şəhərlərə nisbətən daha az baş verir.

Xarkov mütəmadi olaraq atəşə tutulur, lakin hərbi analitiklər deyirlər ki, ABŞ Ukraynaya öz silahlarını Rusiyanın müəyyən hədəflərinə qarşı istifadə etməyə icazə verdikdən sonra bu tezlik azalıb. Kiyevətrafı Obolonda yerli hərbi administrasiya bildirib ki, bazar günü yerə düşən Rusiya raketinin qalıqları yanğına səbəb olub və 14 mərtəbəli yaşayış binasında eyvanları zədələyib.

Fövqəladə xidmətlərin Teleqram kanalında yerləşdirilən məlumatında deyilir ki, beş yerli sakinə streslə əlaqədar tibbi yardım göstərilib, mer Vitali Kliçko isə 10 sakinin təxliyyə edildiyini bildirib.

Fövqəladə hallar xidməti İnternetdə azı dörd qaralmış ehvanın əks olunduğu şəkil paylaşıb. 

Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri bildirib ki, raket qalıqları paytaxtdan kənara da düşüb, xəsarət və dağıntılara səbəb olub, lakin təfərrüatlar açıqlanmayıb.

Rus qoşunları 2022-ci ilin fevral işğalının ilk həftələrində Kiyevə doğru irəliləyə bilmədi və qoşunlar şərqdə 1000 km (600 mil) cəbhə xətti boyunca yerləşdirildi.

Müharibənin ilkin mərhələlərində Rusiyanın ələ keçirə bilmədiyi Xarkovda bazar günü anbar yaxınlığında idarə olunan bombanın partlaması yanğına səbəb olub və çatdırılma xidmətinin sürücüsü həlak Vilayət qubernator Oleq Sinegubov 9 nəfərin, o cümlədən 8 aylıq körpənin yaralandığını bildirib.

İnternetdə yerləşdirilən fotoşəkillərdə anbarın və yük maşınlarının ciddi zədələndiyi görünür.

Prezident Vladimir Zelenski “Telegram” kanalında bildirib ki, Rusiya son bir həftə ərzində Ukraynadakı hədəflərə zərbə üçün 800-dən çox idarə olunan bombadan istifadə edib.

Axşam videomüraciətində o, yenidən silah sistemlərini təkmilləşdirməyə çağırıb.

“Dünya bu bombaları buraxan Rusiya döyüş təyyarələri ilə mübarizədə bizə nə qədər tez kömək etsə, biz bir o qədər tez Rusiyanın hərbi infrastrukturuna zərbə endirə bilərik – qanuni zərbə... və biz sülhə bir o qədər yaxın olarıq”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
turan.az

1Источники