RU

Bizim üçün gürcü gerçəyindən Bellinqemin göz yaşlarınadək... VİDEO

“Səviyyə və keyfiyyət fərqi öz sözünü dedi.

Gürcüstan, əslində, bu çıxışla bir çox ölkələrə uğur formulunu göstərmiş oldu.

İspaniya ilə qarşılaşmasalar, bəlkə də yenə nəsə edə bilərdilər. Sürət qarşısında tab gətirə bilmədilər”.

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova aiddir.

Jurnalist AVRO-2024-də 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya – Gürcüstan (4:1) və İngiltərə - Slovakiya matçları (2:1) barədə danışıb.

Qeyd edib ki, Gürcüstanın oyun planında məşqçi işi özünü açıq şəkildə göstərməkdədir. Komandanın nizam-intizamdan qopmaması ən önəmli detallardan biridir:

“Adətən, rəqibi meydanın özlərinə adi hissəsində qarşılayırlar. Ona görə də hücumda çoxalmada say baxımından geri qalırlar.

Bəlkə də bu taktiki düzülüş müdafiə xəttində boşluqların az olmasına gətirib çıxarıb.

Diqqətediləsi məqam qazanılan topları sürətli ötürmə ilə hücum zonasında yer alan Kvaratsxeliya, Çakvetadze və Mikautadze triosuna çatdırmağa səy göstərirlər.

Məhz bu oyunçuların sayəsində qol epizodları yaratmağı bacarıblar. 5-3-2 düzülüşü hətta hücuma keçəndə belə nadir hallar pozulur, 4-3-3 çevrilir.

Hücum planında isə cinah müdafiəçilərindən, adətən, biri hücuma qoşulur. Çünki itirilən toplardan sonra geridönüşlərdə mövqe sığortalarında problemlər yaranır.

Məhz İspaniya ilə qarşılaşmada hesabda geri olduqdan sonra iki cinah müdafiəçisinin də hücuma qoşulmaları müdafiə olunmada ciddi boşluqlar yaratdı”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
sportinfo.az

1Источники