RU

Fransada seçkilərin ilkin nəticələri elan olunandan sonra iğtişaşlar baş verib

Fransanın paytaxtı Parisdə parlament seçkilərinin ilk nəticələri elan ediləndən sonra nümayiş başlayıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, nümayişdə “Qara blok” (“Black bloc” – red.) hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar.

 

Hadisələr ötən gün axşam saat 20:00-dan sonra, parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis qüvvələri göndərilib.

 

Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar.

 

Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, Fransa parlamentinə seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
senzor.az

1Источники