RU

Kamal Bayramov yenidən “Şamaxı”da

“Turan Tovuz”un təcrübəli qapıçısı Kamal Bayramov bu klubdan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Şamaxı”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiper yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, “Şamaxı”ya azad agent kimi qoşulub.

Xatırladaq ki, Kamal Bayramov 2022-ci ilin iyul ayından “Turan Tovuz”da çıxış edirdi. Tovuzdan olan qolkiper əvvəllər də bu komandanın uğurları üçün çalışıb. O, Tovuz təmsilçisinə elə “Şamaxı”dan ayrılaraq keçmişdi. Təcrübəli qapıçı “Zirə”, “Səbail”, “Rəvan”, “Xəzər Lənkəran”, “Araz Naxçıvan” və AZAL-da da forma geyinib.

“Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan) və Rikardo Fernandesi (“Torreense”, Portuqaliya) də heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də bu komandaya qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənov isə klubla yeni müqaviləyə imza atıb.

Əvəzində Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyev “Şamaxı”dan ayrılıblar. Sahib Həsənov da “Difau Ağsu”ya icarəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
arena.az

1Источники