RU

"Nyukasl"ı "Brayton"a dəyişdi

İngiltərənin "Brayton" klubu "Nyukasl"ın 19 yaşlı vingeri Yankuba Minteni transfer edib.

Sportnet.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Qağayılar" qambiyalı yarımmüdafiəçi üçün 38,8 milyon avro ödəyib.

Qeyd edək ki, Y.Minte ötən mövsüm icarə əsasında oynadığı Niderlandın "Feyenoord" klubunda meydana çıxdığı 27 matçda 10 qola, 6 məhsuldar ötürməyə imza atıb. Minte 2023-cü ilin yayında 8 milyon avro müqabilində Danimarkanın "Odense" klubundan "Nyukasl"a transfer edilmişdi.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
sportnet.az

1Источники