RU

Türkiyə Qırqızıstana başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstanda baş verən daşqınlar nəticəsində həyatını itirənlərlə əlaqədar bu ölkəyə başsağlığı verib.
Xarici İşlər Nazirliyi Qırğızıstanın Oş vilayətinin Nokat şəhərində baş verən daşqınlarla əlaqədar bəyanat yayıb. 
Bəyanatda bu ifadələrə yer verilib:''Daşqınlar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Qırğızıstan xalqına başsağlığı verir ''keçmiş olsun'' arzularımızı çatdırırıq. Türkiyə təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması  üçün hər cür yardıma hazırdır''.
Qeyd edək ki, Qırqızıstanda baş verən daşqınlar insan tələfatına sabəb olub. 1000-dən çox adamın təxliyə edildiyi bildirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
trt.net.tr

2Источники