RU

“ŞOYQUNUN KLANI UDUZUB, PATRUŞEV İSƏ...” – Putin öz varisi olaraq kimləri hazırlayır? + FOTOLAR

“Rusiya klanları hakimiyyət uğrunda mübarizə aparırlar”

“Putin nüfuzlu və varlı adamlar arasındakı miskin döyüşləri pərdə arxasından seyr edən hakim rolunda çıxış edir”

Rusiyada keçirilən prezident seçiklərindən sonra Vladimir Putin öz postunu daha da möhkəmləndirmək məqəsədi ilə yuxarı hakimiyyət eşelonunda bəzi yerdəyişmələr aparıb. Siyasi-iqtisadi və sosial xarakterinə görə Rusiya elitası həmişə rəhbərin iradəsinə uyğun formalaşıb. Ölkənin gəlirli təbii resurslarına nəzarət edən Putinin klanlaşmış dostları hakimiyyət və var-dövlət uğrunda bir-biriləri ilə didişməklə yanaşı, gözlərini zilləyib Putinin varisinin kim olacağını da səbirsizliklə gözləyirlər.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin “The Hill” qəzeti “Rusiya klanları Putinin yenilənmiş hökumətində hakimiyyət uğrunda mübarizə aparırlar” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Vladimir Putin beşinci müddətə Rusiya Federasiyasının prezidenti seçildikdən dərhal sonra növbəti illərdəki hakimiyyətini möhkəmləndirmək məqsədi ilə hökumətindəki bəzi yüksək vəzifəli məmurlar arasında yerdəyişmələr apardı. Ən nəzərəçarpacaq dəyişiklik isə Müdafiə Nazirliyində baş verdi. Keçmiş Müdafiə naziri Sergey Şoyqunu Kremlin uzun müddət iqtisadi planlayıcısı olmuş və bu yaxınlara kimi baş nazirin müavini işləmiş Andrey Belousov əvəz edib. Eyni zamanda, Şoyqunun müavinini və Müdafiə Nazirliyinin bir neçə yüksək vəzifəli zabitini korrupsiya əməllərinə görə həbsə atıblar.

Bəs, Putin bu addımlarla nəyə nail olmağa cəhd edir? Bu, Rusiyanın gələcəyinə necə təsir göstərəcək?

Ümumiyyətlə, yadda saxlamalı beş əsas məqam var.

Birincisi,Ukraynada gedən müharibənin uzanmasına və həm də çox baha başa gəlməsinə baxmayaraq, Putin qələbə qazanmaqla qətiyyətini nümayiş etdirmək istəyir.Bu müharibə onun irsinə çevriləcək. Rusiya büdcəsinin üçdə biri hazırda hərbi xərclərə gedir, Putin tükəndirici müharibədə qalib gəlmək niyyətindədir.

Belousovun qarşısına qoyulan tapşırıq korrupsiyaya yol vermədən hərbi iqtisadiyyatın səmərəli idarə edilməsinə nail olmaqdır. Putinin özü və onun hərbçiləri ilə müşavirləri isə döyüşlərin aparılması taktikası ilə məşğul olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
azpolitika.info

1Источники