RU

Fitso vəzifəsinin icrasına başlayacaq


Slovakiyanın Baş naziri Robert Fitso tezliklə ictimaiyyət qarşısına çıxacaq və tədricən hökumətin başçısı vəzifəsini icra etməyə başlayacaq.
Yeniavaz.com
“pravda.sk” portalına istinadla xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.
“Baş nazir öz vəzifələrini tam yerinə yetirə biləcək həddə yaxınlaşır”, - deyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.
Kalinyak əlavə edib ki, baş nazir aldığı zədənin nəticələrini daim hiss edəcək.
Qeyd edək ki, Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib. O, uzun müddətdir ki, Ukraynadakı vəziyyətlə bağlı Qərb siyasətini tənqid edir, münaqişənin hərbi yolla həllinin olmadığını, Kiyevə silah tədarükünün yalnız itkilərə səbəb olduğunu vurğulayır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
yeniavaz.com

1Источники