RU

19 məhbus həbsxanadan qaçıb



Pakistanda 19 məhbus həbsxanadan qaçmağa müvəffəq olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Pakistanın Azad Cammu və Kəşmir bölgəsindəki Ravalakot həbsxanasından 6-sı ölüm cəzasına məhkum edilmiş 19 məhbus qaçıb.

Məlumata görə, məhbuslardan biri hələlik məlum olmayan səbəbdən silah ələ keçirib və nahar vaxtı mühafizəçidən zorla açarları alaraq kameraların qapısını açıb.

Xəbərlərdə məhbusun silahı necə və haradan əldə etməsi ilə bağlı məlumat verilməsə də, qaçış zamanı mühafizəçilərlə münaqişədə yaralanan məhbuslardan birinin xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Baş vermiş hadisə ilə əlaqədar olaraq polis Poonch rayonuna giriş-çıxışı dayandırıb .

Mehman Mehdiyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
newscenter.az

2Источники