RU

Hakan Fidan və Əli Baqiri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon əlaqəsi saxlayıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, telefon danışığı zamanı Qəzzadakı son vəziyyət müzakirə olunub. Tərəflər münaqişənin regional səviyyəyə keçmə riskini qiymətləndiriblər.
Nazir Hakan Fidan görüş zamanı qeyd edib ki, Livanda gərginliyin artması İraq və Suriyaya mənfi təsir göstərəcək.
Görüş zamanı həmçinin terrorla mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
trt.net.tr

2Источники