RU

Azərbaycan millisinin son iki oyun üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki son iki oyun üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Siyasət Əsgərov son iki turda qarşılaşacaqları Macarıstan və İsveçrə yığmaları ilə oyunlara 24 futbolçu dəvət edib.

Milli komandamız bu gündən iyulun 7-nə qədər Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi iyulun 12-də “Dalğa Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısını təqdim edirik:

  1. Aytac Şərifova – Trabzonspor (Türkiyə)
  2. Nərgiz Əliyeva – KDZ Eregli Spor (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Mehriban Şahməmmədova – Neftçi
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
  7. Manə Mollayeva – Neftçi
  8. Ayşən Əhmədova – Krılya Sovetov (Rusiya)
  9. Alina Dorofeyeva – Yenisey (Rusiya)
  10. Diana Məmmədova – Yenisey (Rusiya)
  11. Fidan Cəfərova – Baku Juniors
  12. Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
  13. Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
  14. Firəngiz Teymurova – Neftçi
  15. Jalə Məhsimova – Bəylərbəyi Spor (Türkiyə)
  16. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  17. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  18. Esra Manya – Beşiktaş (Türkiyə)
  19. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  20. Coşqunə Əliyeva – Neftçi
  21. Sevinc Cəfərzadə – Eastern Flames (Səudiyyə Ərəbistanı)
  22. Milana Rəhimova – Neftçi
  23. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  24. Vüsalə Seyfəddinova – Olimpiada İmittou (Yunanıstan)

Son iki tur ərəfəsində Azərbaycan millisinin hesabında 4 xal var. Komandamız qrupda dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncüdür.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 iyul

20:00. Azərbaycan – Macarıstan
Hakimlər: Yelena Peykoviç, Sanya Rodyak-Karşiç, Qordana Katuşiç, Yelena Kumer (hamısı Xorvatiya).
Mərdəkan. “Dalğa Arena”.

16 iyul

21:00. İsveçrə – Azərbaycan
Baş hakim: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna. “Olimpik De La Pontez” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
7
arena.az

6Источники