RU

"Azərbaycan polisininfəaliyyəti təqdirəlayiqdir" - DEPUTAT

“Son günlər Azərbaycanda qətllə müşayiət olunan kriminal hadisələr artıb. Baxmayaraq ki, Daxili İşlər Nazirliyi (DİN) qanunsuz silahları yığır, bir çox vətəndaş tapdığı və ya özündə olan silahı könüllü şəkildə polisə təhvil verir, yenə də cinayət sayı artmaqdadır.

Dəhşətlisi isə odur ki, odlu silahla silsilə qətllər törədilir. Son 1 həftədə artıq bir neçə adam məhz silahla qətlə yetirilib. Burada Xəzər rayonunda güllələnən polisləri və Nərimanovdakı gənci də misal çəkmək olar”.

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, polis əməkdaşları bizim asayişin, təhlükəsizliyimizin keşiyində duran mühüm bir fəaliyyət həyata keçirirlər. Azərbaycan bu gün dünyanın daxili sabitlik baxımından ən sabit ölkələrindən biridir. Düşünürəm ki, burada polis orqanlarının oynadığı rolu çox mühüm qiymətləndirmək lazımdır. Polis eyni zamanda, istər kiber cinayətkarlığa qarşı mübarizədə, istər real ictimai münasibətlərimizdəki qanun pozuntularına qarşı mübarizədə bizim təhlükəsizliyimizi təmin edən əsas funksional orqandır. Səssiz müharibələr kateqoriyasına aid etdiyimiz bir müharibə növü var ki, bu da narkotik müharibələridir. Bəzi qonşu dövlətlər gecə-gündüz fasilə vermədən, durmadan Azərbaycana qarşı bir narkotik müharibəsi aparır. Sərhəd qoşunları yolunu kəsir, başqa vasitələrlə edirlər. Daxili işlər nazirləri bunlara qarşı mübarizəni gücləndirir, yenə başqa bir vasitəyə əl atırlar. Müasir internet texnologiyalarından istifadə edərək vətəndaşlarımızı bu prosesə cəlb edirlər. Ən nəhayət, sonuncu nümunədə biz gördük ki, dəniz yolu vasitəsilə mütləq hədəf götürdükləri Azərbaycana qarşı narkotikləri çatdırmaqla bağlı israr edirlər. Burada da biz onların önündə sipər kimi yenə Azərbaycan polisini, dövlət təhlükəsizlik xidmət orqanlarını görürük. Ona görə də bu orqanlarının fəaliyyəti ən yüksək təqdirəlayiqdir. Azərbaycan əhalisinin sayı artıq 10 milyon 200 minə yaxındır. Şübhəsiz ki, müxtəlif növ cinayətlərin baş verməsi də mümkündür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, cinayəti motivasiya edən halların bir çoxu bizim virtual ictimai münasibətlərimizdə ortaya çıxır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
aznews.az

1Источники