RU

İspaniya millisinə veriləcək mükafatın məbləği bilindi

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Gürcüstan seçməsini 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələn İspaniya millisinin futbolçularına veriləcək mükafatın məbləği açıqlanıb.

Fanat.Az COPE-yə istinadən xəbər verir ki, pirineylilərin hərəsinə 190 min avro ödəniləcək.

Qeyd edək ki, İspaniya 1/4 finalda Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 5-də keçiriləcək.

Nihat

Избранный
71
fanat.az

1Источники