RU

ABŞ-da polis uşağı güllələyərək öldürüb

ABŞ-da polisə "oyuncaq" silah tuşlayan uşaq güllələnərək öldürülüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York ştatının Utika şəhərində polis quldurluq hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində iki uşağı küçədə saxlayıb.

Polis sual verərkən uşaqlardan biri qaçmağa başlayıb.

Utika Polis İdarəsinin üç əməkdaşı uşağı təqib etməyə başlayıb.

Nyah Mway adlı oğlan qaçarkən cibindən silah çıxarıb.

Bu zaman komandalar uşağı vuraraq zərərsizləşdirib.

Araşdırma zamanı uşağın silahının “oyuncaq” olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
e-huquq.az

1Источники