RU

Makronun həyat yoldaşı seçkidə səs verərkən çətin vəziyyətə düşdü

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron parlament seçkisində səs verərkən pis vəziyyətə düşüb.

Məlumata görə, Fransanın dövlət başçısı Emmanuel Makron və xanımı sahilyanı Le Tuke şəhərində səs veriblər.

Prezident xanımı ilə seçki məntəqəsinə gələndə xanımı səhv edib. Qaydalara görə, vətəndaş əvvəlcə qutuya bülletenini atmalı, sonra seçici siyahısına imza atmalıdır. Lakin Bricit Makron əvvəlcə seçici siyahısını imzalamağa cəhd etməklə səsvermə prosedurunu pozmaq üzrə olub.

Dövlət başçısının həyat yoldaşı, hətta qələmi götürsə də, seçki komissiyasının nümayəndəsi onun qarşısını kəsib. Seçki məntəqəsinin işçisi birinci xanıma bülleteni qutuya atmalı olduğunu xatırladıb. Buna cavab olaraq Bricit Makron gülümsəyərək ona verilən göstərişlərə əməl edib.

Prezident də öz növbəsində parlament seçkisində səsverməni səhvsiz başa vurub. İşçilərin köməyinə ehtiyac duymayıb.

Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkisinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı "Milli Birlik" Partiyası toplayıb. Onu vətəndaşların 34,2%-i dəstəkləyib. İkinci və üçüncü yerləri sol partiyaların "Yeni Xalq Cəbhəsi" və "Respublika Naminə Birgə" prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.

Mənbə: gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
seher.media

1Источники