![](https://sportnet.az/uploads/posts/2024-07/medium/1719821990_607a5eb4-301c-3f9f-ab6c-9a91636ad7fb_850.jpeg)
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Sportnet.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək.
Həmyerlimiz İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.
Qeyd edək ki, bu gün startı veriləcək yarış iyulun 6-na qədər davam edəcək.