RU

Rusiya Müdafiə Nazirliyi açıqladı:8 “Storm Shadow”  qanadlı raketi vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri səkkiz “Storm Shadow”  qanadlı raketlərini vurub.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata qeyd edilir ki, gün ərzində Böyük Britaniya istehsalı olan səkkiz “Storm Shadow” qanadlı raketi, Fransa istehsalı olan beş “Hammer” idarəolunan bomba, ABŞ istehsalı olan beş HIMARS raketi və Çexiyada istehsal olunmuş “Vampire” raketi məhvedilib.

Eyni zamanda, qeyd edilir ki, hava hücumundan müdafiə vasitələri Ukrayna Silahlı Qüvvələrinin 72 PUA-sını vurub.

Избранный
56
ikisahil.az

1Источники