RU

Əlcəzairli azarkeşlər Benzyadan nə istəyir?

“Qarabağ”ın əlcəzairli futbolçusu Yassin Benzya komandanın yenicə başlayan toplanışına qatılsa da, onu ağdamlılardan “qoparan” mənbələr çoxdu.

Fennectfootball.com xəbər verir ki, 29 yaşlı futbolçu Qətər və Səudiyyə Ərəbistanı klublarından, əsasən də Körfəz ölkələrindən bir neçə təklif alıb. Onun əsas məqsədi böyük liqalarda oynamaq üçün Avropada qalmaq olsa da, sadəcə, Fransanın ikinci divizion klublarından heç də könlünü açmayan təkliflər alıb. Əlcəzairli azarkeşlər onun yüksək səviyyəli performansını qorumaq üçün Avropada qalacağına ümid edirdilər. Ancaq hələ ki rəsmi heç nə yoxdu.
Futbolçu uzun müddət zədə səbəbindən yaşıl meydandan uzaq qalsa da, bir müddət sonra əla formada geri qayıtdı. O, həm “Qarabağ”da, həm də milli komandada göstərdiyi oyunla hər kəsi heyran qoyub.

Əlcəzairli azarkeşlər də onun karyerasını Avropada, yüksək rəqabət səviyyəsində davam etdirəcəyinə ümidlidilər.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
football-plus.az

1Источники