RU

Üç ərəb ölkəsi İsrailin verdiyi qərarə sərt şəkildə qarşı çıxdı

Bakı.TurkicWorld:

Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri Qətər, Küveyt və Bəhreyn İsrail hökumətinin işğal altındakı Şərqi Qüdsdə qeyri-qanuni yaşayış məskənlərini genişləndirmə planını pisləyib və bütün ölkələrə çağırış edib.

TurkicWorld xəbər verir ki, İsrailin Qəzza zolağında mülki şəxslərə qarşı hücumları və Livanda quru əməliyyatı hazırlıqları davam edərkən, Şərqi Qüdsü əhatə edən qeyri-qanuni genişlənmə planı üç ölkə tərəfindən şiddətlə qınanıb.

Körfəz Əməkdaşlıq Təşkilatının baş katibi Casim Məhəmməd əl-Budeyvi verdiyi yazılı açıqlamada, İsrailin işğal altındakı İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən yəhudilərin məskunlaşdığı 5 qeyri-qanuni yaşayış məntəqəsini rəsmiləşdirmək planına etiraz edərək, İsrailin beynəlxalq hüquqa və qanuni qərarlara sistematik şəkildə zidd davrandığını bildirərək bu qətiyyətlə rədd etdiklərini bildiriblər.

Qətər, Küveyt və Bəhreyn Xarici İşlər Nazirlikləri verdikləri yazılı açıqlamada, İsrail Təhlükəsizlik Kabinetinin 5 qeyri-qanuni yaşayış məntəqəsini rəsmiləşdirmə planını pislədiklərini və bu addımı şiddətlə qınadıqlarını bildiriblər.

“Bu qərar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması üçün bu vaxta qədər göstərilən səylərə qarşı təhlükəli bir təhdiddir”, – bəyanatda deyilir.

Qeyd edək ki, iyunun 28-də İsrail Təhlükəsizlik Kabineti maliyyə naziri Bezalel Smotriçin tələbi ilə İordan çayının qərb sahilinin B zonasında 5 qeyri-qanuni yaşayış məntəqəsinin leqallaşdırılmasını təsdiqləmişdi.

Onu da əlavə edək ki, Fələstin və İsrail arasında 1995-ci ildə imzalanan “İkinci Oslo Razılaşması” çərçivəsində işğal altındakı İordan çayının qərb sahili A, B və C zonalarına bölünüb.

İordan çayının qərb sahilinin 18 faizini əhatə edən “A ərazisi”nin inzibati və təhlükəsizlik idarəsi Fələstinə, 21 faizi olan “B sahəsi”nin inzibati idarəsi Fələstinə, təhlükəsizliyi isə İsrailə, geridə qalan 61 faizini təşkil edən “C Bölgə”sinin idarəsi və təhlükəsizliyi isə bütünlüklə İsrailə həvalə edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
turkic.world

1Источники