AÇ-2024-ün son 16 turunda sabah Avstriya ilə qarşılaşacaq Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella meydana çıxaracağı hücum xətti üçün fərqli alternativləri sınayır.

Offsideplus.az xəbər verir ki, Montella son matçda sağ cinahda başlatdığı Arda Gülər ​​və forvard təyin etdiyi Barış Alper Yılmaz üçün ssenarilər üzərində işləyir.

İtaliyalı çalışdırıcının Barışı daha təsirli olduğu sağ cinahda keçirib, Ardanı mərkəzə qoymaq üçün planlar qurduğu bildirilib.

Mərkəz hücumçusu seçiminin iki futbolçuya tapşırılan rola uyğun formalaşacağı bildirilib.

"Ay-ulduz" komandasında Çexiya matçında qələbə qolunu vuran Cenk Tosunun meydana çıxmasını gözlədiyi, lakin Montellanın təcrübəli adına yenidən əvəzedici heyətlə başlamağa daha yaxın olduğu qeyd edilib.

Cəzalı Hakan Çalhanoğlunun yoxluğunda yarımmüdafiənin necə formalaşacağı da maraq doğurur.

Texniki qrupun Orkun Kökçünü mərkəz üçün hazırladığı, lakin yekun qərar vermədiyi bildirilib.

Kaan Ayhan və İsmail Yüksekin yan-yana oynayacağı və bu duetlə rəqibə müqavimət göstərməyə çalışılacağı bildirilib.