RU

Üç ölkə Qara dənizdə birgə əməliyyata başlayıb

Üç

Türkiyə, Rumıniya və Bolqarıstan, xüsusən də Ukraynanın taxıl ixracı üçün gəmiçilik təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə Qara dənizdə birgə minatəmizləmə əməliyyatına başlayıb.

Reyting.az
“Bloomberg”-ə istinadla bildirir ki, birgə əməliyyata iyulun 1-də strat verilib.

Bildirilir ki, Türkiyənin rəhbərlik etdiyi təşəbbüs Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qara dəniz ölkələrinin ilk böyük birgə aksiyasıdır və müharibə nəticəsində dənizin bəzi ərazilərinə sürüklənən minaların təmizlənməsi məqsədini daşıyır.

Türkiyə, Bolqarıstan və Rumıniya bu il yanvarın 11-də Qara dənizdə dəniz minalarına qarşı birgə mübarizə haqqında saziş imzalayıb.

Bolqarıstan hökuməti qrupun fəaliyyətinin heç bir başqa ölkəyə qarşı yönəlməyəcəyini, Qara dənizdə minalardan təmizləmə əməliyyatının iştirakçılar arasında qarşılıqlı əlaqəni və mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmağa kömək edəcəyini vurğulayıb.

Onu da qeyd edək ki, Rusiya və Ukrayna əsas taxıl istehsalçılarıdır və müharibə yüklərin təhlükəsiz keçidinə problem yaradıb.

Kiyev ötən il Rusiya, Türkiyə və BMT-nin dəstəklədiyi təhlükəsiz dəhliz sazişinin iflasından sonra öz Qara dəniz ixrac marşrutunu işə salıb. Bu, ixracın artmasına və iqtisadiyyatın proqnozlaşdırılandan daha sürətli böyüməsinə kömək etsə də, marşrut riskli olaraq qalır.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
reyting.az

1Источники