RU

bp-nin regional rəhbərliyində yeni təyinatlar

Bakı. Trend:

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrəbiznes rəhbərliyinə dörd yeni təyinat olub.

Trend-in “bp-Azerbaijan”şirkətinə istinadən verdiyi məlumata görə, hər bir yeni təyinatBP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarınındavamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarınıvə işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir.

Leyla Məmmədova bp-nin AGT regionunda insanlar və korporativmədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib.

L.Məmmədova bu vəzifədə bp-nin London ofisinə Qrupun İKMtərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbərvəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib.

Leylanın sənaye, beynəlxalq insan resursları və insanehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsivar. O, 2001-ci ildən bp-də işləyir və karyerası ərzində şirkətdaxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən,Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr,bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər ,eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümününİKM üzrə vitse-prezidenti.

Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun(CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistrdiplomuna malikdir.

2. Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezidenttəyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib.

Rasselin bp-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O,qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya,Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylıyüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Rassel bpQrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub.

Rassel dərin texniki bilikləri olan, əməyin təhlükəsizliyinəxüsusi önəm verən,, həmçinin inklüziv liderliyi və mentorluğu ilətanınan bir mütəxəssisdir.

Rasselin mexanika və dəniz mühəndisliyi üzrə fərqlənmə diplomludərəcəsi və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistrdiplomu var.

3. Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələrüzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kelliniəvəz edib.

Mətt bp-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildənartıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur,Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir.Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionundalayihələr üzrə vitse-prezident olub.

Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyiixtisası üzrə bakalavr dərəcəsi var.

4. Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrəvitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə RoşniMusaini əvəz edib.

Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslarxüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində.Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya,Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlardahasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlifvəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean vəHindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezidentolub.

Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərindəyetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən hasilatda olanyataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusiləxoşlayır.

Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o,Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkarmühəndisdir.

Избранный
80
17
az.trend.az

10Источники