RU

Baş nazir postuna namizəd Starmer seçkilərdə qalib gəlsə, Fələstini TANIMAYACAQ

Baş nazir postuna namizəd Starmer parlament seçkilərində qalib gələcəyi təqdirdə Fələstin dövlətinin tanınmasını təxirə salmaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bildirilir ki, Böyük Britaniyanın Leyboristlər Partiyasından baş nazir postuna namizədi Keir Starmer iyulun 4-də keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə Fələstin dövlətinin tanınmasını təxirə salmaq niyyətindədir.

Səbəb ABŞ-la münasibətlərin korlanması qorxusudur. Bundan əvvəl müxalifətdəki İşçi Partiyası “İsrail və HƏMAS arasında sülh danışıqları başa çatana qədər” Fələstini tanıyacağını bildirmişdi

Son sorğulara görə, Leyboristlər Partiyası iyulun 4-də İcmalar Palatasına (Böyük Britaniya parlamentinin aşağı palatası) növbədənkənar seçkilərdə böyük fərqlə qalib gələcək.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
interpress.az

1Источники