“NATO Çini düşmən hesab etmir, lakin alyans Pekinin onların dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır”. Yeniavaz.com xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib. “NATO Çini düşmən hesab etmir, lakin o, bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”, - o deyib. Stoltenberq həmçinin iddia edib ki, ÇXR Tayvanı və ona qonşu olan ölkələri təhdid edir. Bundan əlavə, NATO baş katibi Çini Rusiyaya hərbi dəstək verməkdə ittiham edib. O iddia edib ki, bununla Pekin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır.