RU

Villi Sanyol: “İspanların ilk qolu hesaba alınmamalı idi”

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün 1/8 final oyununda İspaniya yığmasına məğlubiyyəti (1:4) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz kifayət qədər yaxşı mütəşəkkil olduğumuz birinci hissəni xatırlayacağıq. Amma bəyənmədiyimiz məqamlar da var. İlk qol hesaba alınmamalı idi. Morata oyundankənar vəziyyətdə idi. VAR avtobusunda nə etdiklərini bilmirəm. Bəlkə də, fasilədə 1:0 hesabı ilə bu, hər şeyi dəyişəcəkdi. Amma İspaniya yığması daha güclü idi və vəsiqə qazanmağa layiqdir. Bu oyuna qədər biz artıq Avropa çempionatını qazanmışdıq. Ümidvaram ki, Gürcüstanın yaxşı simasını nümayiş etdirdik”, deyə Villi Sanyol vurğulayıb.

Boyundan bir neçə qarış yuxarı tullanmış Gürcüstan millisi azarkeşlərinin alqışları altında vətənə qayıdır. Yarışın 1/4 finalına yüksəlmiş İspaniya millisi isə bu mərhələdə Avropa çempionatının ev sahibi Almaniya yığması ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
arena.az

1Источники