RU

Bahalaşmalar əhalinin maddi gəlirlərinə necə təsir edəcək?

Məlum olduğu kimi, Azərbaycanda Tarif Şurasının qərarı ilə bir çox sahələrdə qiymətlər artırılıb.

Bəs bahalaşmalar əhalinin maddi gəlirlərinə necə təsir edəcək?

Bu barədə iqtisadçı ekspert Elşad Məmmədov "Operativ Media"ya açıqlamasında bildirib ki, son illər ərzində həyata keçirilən sosial yönümlü tədbirlərin dərinləşməsi bir çox hallarda sosial, iqtisadi problemlərin qarşısının alınmasına şərait yaradıb:

"Hazırkı dövrdə də qiymətlərin, tariflərinin artması sosial yönümlü tədbirlərin də reallaşdırılması ilə həyata keçiriləcək. Ölkə Prezidentinin ciddi siyasi iradəsi var ki, ölkə əhalisinin sosial müdafiəsi gücləndirilməlidir. Bu istiqamətdə müvafiq preventiv, proaktiv və effektiv tədbirlər son illər ərzində reallaşdırılır. Həm əməkhaqqı fondunun artması, həm minimum orta pensiyalardakı artım, əməkhaqqıdakı artım - bütün bunlar onu deməyə əsas verir ki, bu proses artıq davamlı şəkildə ölkəmizdə həyata keçirilir. Hazırda tariflərin qiymətlərin bahalaşması fonunda isə yenə də biz dövlətin sosial istiqamətdə müvafiq tədbirlərinin şahidi olacağıq. Belə ki, sosial sahədəki şəffaflıq, effektiv idarəetmə və onu proqnozlaşdırmağa imkan verir ki, tariflərin artması ilə bağlı olan problemlər dövlət tərəfindən həyata keçirilən sosial yönümlü tədbirlər hesabına yumşaldılacaq".

Mövzuya sosioloq Əhməd Qəşəmoğlu da fikir bildirib:

O qeyd edib ki, əhalinin gəlirləri artmadan, xərclərinin artması ilk növbədə iqtisadçı məmurların həmin məsələlərə lazımi diqqət yetirə bilməməsinin nəticəsidir:

"Azərbaycanın böyük sərvəti var və bu sərvətdən səmərəli istifadə edilsə, vəziyyət daha da yaxşılaşacaq. Bizim indiki iqtisadiyyatımızdan elə istifadə edilməlidir ki, bu həm ölkənin müdafiə qabiliyyətinin sürətlə yüksəlməsinə kömək etsin, həm də əhalinin fiziki sağlamlığının, mənəvi zənginliyinin, təhsilinin və s. sahələrin artmasına kömək edə bilsin. Azərbaycanın resursları bu cür modellər qurmağa imkan verəcək dərəcədədir. Bu, iqtisadçıların qarşısında konkret vəzifələr qoyur. Təəssüf ki, bu vəzifələr hələki lazımi səviyyədə yerinə yetirilə bilmir".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
operativmedia.az

1Источники