Toni Kroos şəxsi sosial şəbəkəsində “Real"ın futbolçusu kimi son günü ilə bağlı paylaşım edib.

Offsideplus.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi iyulun 1-nin “kral klubu”nun futbolçusu kimi son günü olduğunu bildirib:

“Bu mənim “Real” oyunçusu kimi son günümdür. Qəribə hissdir, amma mən həmişə mən sizdən biri olacam. Həmişə sizə minnətdaram qalacam”.

Kroos ümumilikdə “Real”da 464 oyun keçirib, 28 qol vurub, 98 məhsuldar ötürmə edib.

İradə Hatəmi