RU

Metroda eskalator əks istiqamətdə hərəkət etdi, xəsarət alanlar var

Türkiyənin İzmir bölgəsində metroda xarab olan eskalator əks istiqamətə hərəkət edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Belə ki, eskalator naməlum səbəbdən üzərində sərnişinlər olduğu halda qəfildən əks istiqamətə hərəkət etməyə başlayıb.

Pilləkənlərin sürüşməsi nəticəsində müvazinətini itirərək yıxılan 9 nəfər yüngül xəsarət alıb. 

Hadisə yerinə təcili yardım qrupları sövq edilib və yaralılar nəzarət üçün ətrafdakı xəstəxanalara aparılıb.

Oksana
Избранный
147
4
azxeber.com

10Источники