RU

KRİTİK GƏLİŞMƏ: 20 min NATO əsgəri bu ölkə ilə sərhəddə yeridildi

"NATO-nun taktiki qrupundan ibarət 10 batalyon Belarusla sərhəddə cəmləşib".

Publika.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko deyib.

"Bu qüvvələrin ümumi sayı 20 min əsgərə çatır, onlardan 6 mini Amerika hərbçiləridir. Qoşunların bu cür cəmləşməsi Belarusda ciddi narahatlıq və gərginlik yaradır", - Muraveyko ONT telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Belarus ordusu NATO bölmələrinin hərəkətlərini diqqətlə izləyir, onların taktika və döyüş üsullarını öyrənir:

"Respublika həm də Rusiya ilə müttəfiqlik münasibətlərinə arxalanaraq müdafiə qabiliyyətini gücləndirir. Bu əlaqələrin tərkib hissəsi kimi Belarus ərazisində Rusiyanın taktiki nüvə silahları yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
2
publika.az

3Источники