RU

Astara rayonu Vaqo kəndindəki körpü uçdu, gediş-gəliş tamamilə dayandı-ŞİKAYƏT-VİDEO+FOTO

Ölkə ərazisində son günlər havaların qeyri-sabit, yağışlı keçməsi bölgələrdə ziyansız ötüşməyib. Belə ki, yağışla bərabər rayonlara yağan dolu kənd təsərrüfatına, infrastruktura böyük zərər vurub. Bundan başqa aramsız yağan yağışlar yaxşı vəziyyətdə olmayan körpüləri də uçurub. Nəticədə rayonla gediş-gəliş, piyada və maşın yolu bağlanıb. Yağışdan ziyan çəkən rayonlardan biri də Astaranın Vaqo kəndidir. 
Şikayətçi Seymur Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, yağan aramsız yağışlar Vaqo kəndindəki körpünü uçurdub.
“Bir neçə körpü var idi ki, uçulub, amma bizim kəndin körpüsü tamamilə dağılıb. Gediş-gəliş tamamilə kəsilib, insanlar ayaqlarına geyindiyi çəkmə vasitəsilə çayın içi ilə hərəkət edirlər. Digər kəndlə Vaqonu birləşdirən yeganə körpü bu idi. Nəzərə alsaq ki, əhali də orada çox yaşayır, gediş-gəliş ümumiyyətlə yoxdur. Problemlə maraqlanmırlar, sabah biri orada yıxılsa, çayda batsa kim cavab verəcək? Kənd sakinləri Astara rayon İcra Hakimiyyətinə, İcra nümayəndəliyinə, kənd Bələdiyyəsinə müraciət ediblər, kömək istəyiblər. Amma bir xəbər yoxdur. Bəlkə sizin vasitənizlə problemi görüb bizə köməklik edərlər. Amma əminəm ki, problemdən xəbərdardırlar. Yəqin gözləyirlər ki, kiməsə nəsə olsun, nəsə bir bədbəxt hadisə baş versin sonra körpünü düzətsinlər” deyə şikayətçi iddia edib.
 
Problemlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.

 

 

Избранный
22
11
moderator.az

10Источники