RU

Kimlər xərçəng xəstəliyinə daha çox həssasdır?

Finlandiyanın Helsinki Universitetində aparılan araşdırmaya görə, zəngin insanlar yoxsul insanlardan daha çox xərçəngə tutulma riski altındadırlar.

525.az xəbər verir ki, alimlər sosial-iqtisadi vəziyyətlə bir sıra xəstəliklərin əlaqəsini araşdırarkən bu qənaətə gəliblər. Nəticələr göstərib ki, yüksək sosial vəziyyətə sahib olanlar da süd vəzisi, prostat və digər xərçəng növləri üçün genetik risk altındadırlar. Yoxsul insanlar əksinə, genetik olaraq diabet və artrit, həmçinin depressiya, alkoqolizm və ağciyər xərçənginə daha çox həssasdırlar.

Tədqiqat aparmaq üçün komanda 35-80 yaş arası təxminən 280 min finlinin genomika, sosial-iqtisadi və sağlamlıq məlumatlarını toplayıb. Bu, yüksək gəlirli ölkələrdə rast gəlinən 19 ciddi xəstəlik arasında əlaqəni aşkar edən ilk tədqiqat kimi təqdim edilir.

Finlandiya Universitetinin Molekulyar Tibb İnstitutunun araşdırma rəhbəri Fiona Hagenbek deyib ki, əksər klinik risk proqnozlaşdırma modelləri bioloji cins və yaş kimi əsas demoqrafik məlumatları ehtiva edir. Bu hallar kişilər və qadınlar arasında fərqlidir və yaşdan asılıdır. Xəstəlik riskinin genetik proqnozu da insanın sosial-iqtisadi vəziyyətindən asılıdır. Beləliklə, genetik məlumatımız həyatımız boyu dəyişməsə də, genetikanın xəstəlik riskinə təsiri yaşlandıqca və ya şərait dəyişdikcə dəyişir.

Tədqiqatçılar qeyd ediblər ki, konkret peşələr və xəstəlik riski arasındakı əlaqəni tam başa düşmək üçün əlavə iş aparıla bilər. Onlar deyirlər ki, tədqiqat aşağı gəlirli ölkələrdə də aparılmalıdır.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
525.az

1Источники