RU

Bu gündən taksi fəaliyyətinə icazə üçün yeni tələblər qüvvəyə minib

Bakı. Trend:

Bu gündən buraxılış tarixindən 8 ildən artıq müddət keçmişavtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartıverilməyəcək.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 27 mart 2024-cüil tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyəminən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksinitapıb.

Qeyd olunub ki, buraxılış kartı almaq üçün taksi minikavtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.Həmçinin bu gündən sonra buraxılış kartı almaq üçün təqdim olunanavtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxaledilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngiağ və ya qırmızı olmalıdır.

Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar,eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifarişoperatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraqmüvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
az.trend.az

1Источники