RU

"Barselona" İngiltərədən futbolçu almaq istəyir

"Hull City"nin sol cinah oyunçusu Jayden Filojin-Baydeys karyerasını "Barselona"da davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" 22 yaşlı futbolçunu İcarəyə götürmək üçün "Hull Siti"yə rəsmi təklif göndərib.

Bildirilir ki, İspaniya klubu futbolçu üçün 20-23 milyon avro ödəməyə hazırdır.

2023/24 mövsümündə Filojin-Baydeys bütün turnirlərdə 33 matçda iştirak edib. O, 12 qol vurub və 6 asist edib.

Oyunçunun "Hull Siti" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
operativmm.az

1Источники