RU

İnsanlar hansı yaşda özünü daha xoşbəxt hiss edirlər? - Araşdırma

ABŞ-nin Dartmut Kollecinin iqtisadiyyat üzrə  professoru David Blençflover insanın hansı yaşda özünü daha xoşbəxt hiss etdiyini müəyyənləşdirmək üçün araşdırma aparıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 132 ölkənin məlumatlarını təhlil edən professor belə qənaətə gəlib ki, inkişaf etmiş ölkələrdə insanlar özlərini ən çox 47 yaşda, inkişaf etməkdə olan ölkələrdə isə 48 yaşda daha bədbəxt hiss edirlər.

Tədqiqatçının fikrincə, insanın həyatı boyu xoşbəxtlik səviyyəsi ilk növbədə yaşdan asılıdır, bu, yüksəlir və enir. Ən aşağı nöqtə isə 47-48 yaş arasındadır. Alim hesab edir ki, insan yaşlandığını dərk etdikcə, tədricən ona kədər gətirən hisslərini toparlamağa çalışır.

İnsanın qeyd edilən yaşda özünü bədbəxt  hiss etməsinin səbəbləri arasında maddi vəziyyətdən narazılıq, işdə yüksəlişin olmaması və s. var. Alimə görə, “bədbəxtlik yaşı” sosial əlaqələrin pozulması və boşanmalarla da bağlı ola bilər.

Onun hesablamalarına əsasən, insanın özünü ən xoşbəxt hiss etdiyi yaş əvvəlcə 20, sonra isə 70 yaşa təsadüf edir. İllər keçdikcə maddi sərvət və karyera yüksəlişi ailə və yaxınlar üçün arxa plana keçir, sevimli hobbi və istirahət üçün vaxt prioritetə çevrilir. Bir sözlə, insan daha müdrik və xoşbəxt olur.

Pərvanə Sultanova

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
525.az

1Источники