Oyunun bitməsinə 15 dəqiqə qalmış Cud Bellinqemin ayaq üstə qalmağı bacarıb-bacarmayacağını düşünürsən. O və Harri Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyun boyu təzyiq etdiklərini söyləyib: "Oyunun "ölməməsi" ilə bağlı məndə bir hiss yarandı. Bilirəm ki, bu gülünc səslənir. Biz təzyiq edirdik və araşdırırdıq. Nəhayət, qol vura bildik".
Qeyd edək ki, İngiltərə millisi Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 bir finala vəsiqə qazanıb.