RU

Nigeriyada ard-arda "intihar hücumları": 18 nəfər ölüb, 42 nəfər yaralanıb

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində ard-arda terror hadisələri baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Fövqəladə Hallar Agentliyinin Borno əyaləti üzrə direktoru Barkindo Saidu açıqlama verib.

Onun sözlərinə görə, əyalətin Marrarraban Qvoza bölgəsində intiharçı hücumlar baş verib: "Kamakidzə terrorçu ararında qadın, uşaq və əsgərlərin də olduğu 18 nəfərin həlak olmasına, 42 nəfərin isə yaralanmasına səbəb olub. Yaralılardan 19 nəfərin vəziyyəti çox ağırdır".

Direktor bildirib ki, bundan başqa Pulka bölgəsində də "intihar hücumu" həyata keçirilib: "Burada da ölən və yaralananlar var. Hazırda dəqiqləşmə apaırlır. Hələlik terror hücumlarına görə məsuliyyəti heç kim üzərinə götürməyib".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
mia.az

1Источники