Qoç - bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.
Buğa - şübhələndiyiniz məsələlərin həllinə başlamayın. Bələd olmadığınız situasiyada çaşqın davranmayın. Yadların yanında təcrübəsiz insan təsiri bağışlamayın. Qüvvənizə və biliklərinizə güvənin.
Əkizlər - çalışdığınız komandada effektiv fəaliyyətə can atın. Şəriklər və tərəfdaşlarla qarşılıqlı anlaşma səviyyəsini mütləq şəkildə yüksəldin. Önəmli görüşə gecikməyin.
Xərçəng - yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.
Şir - günün ilk yarısı intensiv fəaliyyət üçün əlverişlidir. Potensial və qüvvənizi dürüst qiymətləndirin. İllüziyalara qapılmayın. Qəflətən, nəzərdə tutulmamış şəkildə baş verən hadisələrin ardıcıllığı sizi qorxutmasın.
Qız - bol şanslar vəd edən gündür. İmkanlardan mütləq şəkildə yararlanın. Bir sıra hadisələr spontan yaşanacaq. Olayların gedişatından faydalanın.
Tərəzi - tələbələr, abituriyentlər, səyyahlar üçün uğurlu zamandır. İstənilən işə başlamaq olar. Layihələri bir daha nəzərdən keçirin. Uğurlarınız bilavasitə çəkəcəyiniz zəhmətdən və inadınızdan asılıdır.
Əqrəb - işinizdən həzz almağa çalışın. Rutinlik və yeknəsəklikdən şikayətlənərək avantüralara başlamayın. Kommersiya və biznes üçün uğurlu zamandır.
Oxatan - işlərin ənənəvi, adət etdiyiniz çərçivəsindən bir qədər kənara çıxın. Qorxmayın, cürətli olun. Şəxsi münasibətlərdə kobudluğa yol verməyin. Kiçik uğurlarla kifayətlənməyin. Böyük müvəffəqiyyətlərə can atın.
Oğlaq - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.
Dolça - günün ilk yarısında yaranan problemlərin qarşısında geri çəkilməyin. Qayğılar çoxdur, belədir. Amma onları həll etmək üçün potensialınız var. Əhvalınızı pisləşdirəcək olaylara qatılmayın. Mühüm işlərin həllində tələskənliyə yol verməyin.
Balıqlar - yalnız öz qüvvənizə inanın. Fəaliyyətinizin yanlış olduğunu düşünsəniz, daha ciddi səhvlərə yol verərək geriləyə bilərsiniz. Bələd olmadığınız insana sirlərinizi etibar etməyin. Tərəfdaş və şəriklərlə effektiv qarşılıqlı anlaşmanı təmin edin.
Milli.Az