RU

Avropa çempionatı: İsmayılovlardan biri çempion, digəri ikinci oldu

Serbiyanın Novi Sad şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 Avropa çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, sonuncu yarış günündə 5 sərbəst güləşçimiz medallar uğrunda mübarizə aparıb.

Fəqan Fətiyev (45 kq) təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanova 6:3 hesabıyla qalib gəlib. Lakin daha sonra o, bürünc medal uğrunda qarşılaşmada moldovalı Yon Rusuya 4:10 hesabıyla məğlub olub.

Muhamməd İsmayılov (51 kq) finalda rusiyalı Ralan Şoqenova 5:1 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Hüseyn İsmayılov (60 kq) finalda rusiyalı İbraqimqadji Maqomedova 1:2 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Qəzənfər Kazımlı (71 kq) təsəlliverici görüşdə irlandiyalı Deklan Blihə tam üstünlüklə (15:2) qalib gəlib. Amma o da bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Mark Laposaya 6:10 hesabıyla uduzub.

Fərhad Süleymanlı (92 kq) təsəlliverici görüşdə macarıstanlı Yussef Solimana 7:0 hesabıyla qalib gəlib. Təəssüf ki, bu güləşçimiz də bürünc medal uğrunda qarşılaşmada belaruslu rəqibinə 4:9 hesabıyla məğlub olub.

Beləliklə, Avropa çempionatının son günündə sərbəst güləşçilər 1 qızıl və 1 gümüş medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
3
arena.az

4Источники