Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.

Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.

Faktla bağlı araşdırma aparılır.