RU

“Sabah”ın bəxtinə İsveç klubu düşdü - AÇIQLAMA

Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasındakı rəqibi bəlli olub.

Ölkə çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları sentyabrın 15-i və 22-də keçiriləcək. “Sabah” bu mərhələni keçərsə, İsveçrə təmsilçisi “Fribur Olimpik”lə qarşılaşacaq. Tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq komanda təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək. Püşklə bağlı fikirlərini öyrənmək üçün "bayquşlar"ın basketbolçusu Şirzad Şirzadovla əlaqə saxladıq:
“Açığı, rəqiblərimiz haqda çox da məlumatım yoxdu. Lakin çətin olacağını bilirik və bu yarışa var gücümüzlə hazırlayacağıq. Hələ məşqlərə başlamamışıq. Yaxın zamanda məşqlər başlayacaq, rəqibi təhlil edəcəyik. Hədəfimiz ilk mərhələni keçmək və irəli baxmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik. Rəqiblərə baxanda təcrübəmiz azdı. Lakin düşünürəm ki, ötənilki Avropa Kubokunda təcrübə qazandıq. Bu yarışda da əlimizdən gələni edəcəyik". 


GÜNAY SÜLEYMANOVA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
football-plus.az

1Источники