RU

Bakı-Astara magistralında “Tır” yanır

Bakı, 30 iyun, AZƏRTAC

Bakı-Astara magistralının 118-ci kilometrində, Biləsuvar ərazisində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin olaraq magistraldakı yanğının yük avtomobilində (“Tır”) baş verdiyi deyilir.

Hazırda yanğından mühafizə bölməsinin əməkdaşları yanğına qarşı mübarizə aparırlar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
8
azertag.az

10Источники