RU

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib. APA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib. Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib. Azərbaycan Hava Yolları QSC-dən APA-ya bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb. Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır.

Избранный
71
3
bizimyol.info

10Источники