RU

Alkaras ikinci pilləni əldən verdi

Dünyanın kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinq cədvəli açıqlanıb.

“Football-plus.az” xəbər verir ki, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) yenilənmiş reytinqində 2-ci pilləyə yüksəlib. Əvvəlki reytinqdə həmin pillədə qərarlaşan Karlos Alkaras London turnirinin 2-ci dövrəsində britaniyalı Cek Dreyperə uduzduğundan 450 reytinq xalı itirib. Bu üzdən Cokoviç 2-ci pilləyə yüksələ bilib. İlk “10-luq”dakı başqa dəyişikliklərə gəlincə, Xubert Xurkaç iki pillə irəliləyib, əvəzində Aleks de Minaur bir o qədər geriləyib. Kişilərin reytinq sıralamasına əvvəlki kimi Yannik Sinner başçılıq edir.

Qadınların Tennis Assosiasiyası (WTA) da yenilənmiş reytinqi açıqlayıb. İlk “10-luq”da heç bir dəyişiklik yoxdu. Siyahının önündə İqa Sventek, sonrakı pillələrdə isə Kori Qauff ilə Arina Sobolenko qərarlaşıb.

АТР reytinqi
1 (1*). Yannik Sinner (İtaliya) 9890
2 (3). Novak Cokoviç (Serbiya) 8360
3 (2). Karlos Alkaras (İspaniya) 8130
4 (4). Aleksandr Zverev (Almaniya) 6905
5 (5). Daniil Medvedev (Rusiya) 6445
6 (6). Andrey Rublev (Rusiya) 4420
7 (9). Xubert Xurkaç (Polşa) 4235
8 (8). Kasper Ruud (Norveç) 4025
9 (7). Aleks de Minaur (Avstraliya) 3830
10 (10). Qriqor Dimitrov (Bolqarıstan) 3750
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 11695
2 (2). Kori Qauff (ABŞ) 8218
3 (3). Arina Sobolenko (Belarus) 7841
4 (4). Yelena Rıbakina (Qazaxıstan) 6026
5 (5). Cessika Pequla (ABŞ) 5025
6 (6). Marketa Vondrouşova (Çexiya) 4463
7 (7). Jasmin Paolini (İtaliya) 4068
8 (8) Çjen Sinven (Çin) 4055
9 (9). Mariya Sakkari (Yunanıstan) 3805
10 (10). Ons Jaber (Tunis) 3801

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
football-plus.az

1Источники